"Yuventus" klubundan göndərilən baş məşqçi Tiaqo Mottanın əvəzedicisi bəlli olub. 

Offsideplus.az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İqor Tüdor "Qoca Sinyora"nın sükanı arxasına keçib. Onunla 2025-ci ilin iyun ayınadək müqavilə imzalanıb. Sözləşmənin şərtlərində daha bir il müddətinə uzatmaq bəndi də var. 

"Yuventus"un adı Roberto Mançini ilə hallansa da, Tüdor həmişə əsas namizəd olub. Xorvatiyalı mütəxəssis 1998-2007-ci illərdə Turin klubunun şərəfini qoruyub. 

Qeyd edək ki, 52 xalla "Yuventus" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.