Emil Mustafayev "Polessye"dən ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "TaToTake" portalı yayıb.

Yarımmüdafiəçi təlim-məşq toplanışında iştirak etmir. Onun başqa kluba keçidi gündəmdədir. Emil Ukraynanı tərk etməyə bilər. 23 yaşlı futbolçu ilə "Çernomorest" yaxından maraqlanır.

Millimizin üzvünün karyerasını Azərbaycanda da davam etdirmək variantı da var. 

Qeyd edək ki, Emil Mustafayev bu mövsüm "Polessye"nin heyətində 12 matçda 1 məhsuldar ötürmə edib.