17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının I seçmə mərhələsində Serbiya və Lüksemburq yığmalarına qarşı keçirəcəyi oyunların təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, U-17 komandası Serbiya yığması ilə oyunu uelsli hakim, ev sahibi Lüksemburq seçməsi ilə matçı isə gürcüstanlı hakim idarə edəcək.

30 oktyabr

Serbiya (U-17) – Azərbaycan (U-17)

Munisipial stadionu, Bettemburq. Saat 21:00

Baş hakim: Charlotte Carpenter (Uels)

Baş hakimin köməkçiləri: Michelle Jane Portelli (Uels), Sopo Tsulaia (Gürcüstan)

Dördüncü hakim: Mzevinari Sharashanidze (Gürcüstan)

2 noyabr

Azərbaycan (U-17) - Lüksemburq (U-17)

Munisipial stadionu, Bettemburq. Saat 19:00

Baş hakim: Mzevinari Sharashanidze (Gürcüstan)

Baş hakimin köməkçiləri: Sopo Tsulaia (Gürcüstan), Maria Detsi (Yunanıstan)

Dördüncü hakim: Eirini Pingiou (Yunanıstan)