21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq İngiltərə - Azərbaycan oyununun hakim təyinatları bəlli olub.
Offsideplus.az xəbər verir ki, oktyabrın 15-də Bakı vaxtı ilə saat 22:30-da Bristol şəhərində oynanılacaq İngiltərə - Azərbaycan oyununu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
15 oktyabr
İngiltərə U-21 - Azərbaycan U-21
Aşton Qeyt. Saat 22:30
Baş hakim: Ivana Martinčić
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karšić, Maja Petravić
Dördüncü hakim: Sabina Bolic
(Hakimlər briqadası Xorvatiyadandır)
Hakim-inspektor: Jens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Ignas Marcinkevičius (Litva)