Braziliya əsilli İtaliya millisinin hücumçusu Joao Pedro dünya futbolunun ulduzları ilə özünü müqayisə etdiyi açıqlamaları ilə gündəmə bomba kimi düşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli forvardın bəzi dünya ulduzlarını özündən aşağı səviyyədə görməsi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

​Pedronun siyahısında ən diqqətçəkən məqam karyerası boyunca böyük uğurlara imza atmış hücumçuları özündən geridə hesab etməsidir. Onun fikrincə, hazırda Avropa futbolunda parlayan Viktor Gyökereşlə yanaşı, "Fənərbağça"nın kapitanı Edin Ceko və əfsanəvi Luis Suares də ondan daha aşağı səviyyəli oyunçulardır. Pedronun "məndən daha zayıf" dediyi futbolçuların siyahısı belədir:

  • ​Edin Ceko
  • ​Luis Suares
  • ​Memfis Depay
  • ​Viktor Gyökereş
  • ​Romelu Lukaku

​Joao Pedro dünya çempionu Xulian Alvaresi özü ilə eyni tərəziyə qoyub. O, "Atletiko Madrid"in gənc ulduzu ilə eyni keyfiyyətlərə sahib olduğunu düşünür. 

​Hücumçu yalnız futbolun hazırkı ən yüksək zirvəsində dayanan bir neçə ismi özündən üstün hesab edib. Onun "məndən daha yaxşıdırlar" dediyi siyahıda yalnız dörd ad yer alıb:

  • ​Erlinq Haaland
  • ​Kilian Mbappe
  • ​Kristiano Ronaldo
  • ​Harri Keyn

​Hazırda karyerasını Braziliyanın "Vitoriya" klubunda davam etdirən Pedronun bu iddialı müqayisəsi sosial mediada geniş müzakirələrə səbəb olub.