"Araz-Naxçıvan" çox yaxşı komandadır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın məşqçisi Velikço Kaplanoviç mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXXI turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib:
"Futbolçuları təbrik edirəm. Meydanda bütün güclərini qoydular. İkinci hissədə "Araz-Naxçıvan" yaxşı oynadı. Qol buraxandan sonra bir balaca ruhdan düşdük. Lakin xarakter göstərərək qələbə qazanmağı bacardıq. Üç gənc oyunçumuzun da bu gün meydanda olmağını xüsusilə vurğulamaq istərdim”.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


