“Qalib gəlmək üçün meydanda can qoymalısan.”
Offsideplus.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko
deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXXI turunda "Sumqayıt"a qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “Əslində, bu gün oyunumuz alınırdı. Matç ərzində yaxşı imkanlarımız olduğunu düşünürəm. Sadəcə bundan istifadə edə bilmədik. Həmişə dediyim kimi, qol vurmayanda vuracaqlar. Bu gün də belə oldu. Rəqib sadə səhvlərdən yararlanmağı bacardı.
İkinci hissədə oyuna qayıdıb qol vurduq. Hətta deyərdim ki, oyunun gedişatına biz nəzarət edirdik. Buna baxmayaraq, sonda məğlub olduq.
Komandanın 50 faizi meydanda can qoyur, 50 faizi isə maaş alır. Bəzi oyunçular qalib gəlməyi kifayət qədər istəmirlər. Yerdə qalan futbolçular da buna görə əziyyət çəkir”.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


