Braziliya futbolunun bir vaxtlar "qızıl oğlanı" hesab edilən Aleşandre Pato karyerası və keçdiyi çətin həyat yolu haqqında səmimi etiraflar edib.
Offsideplus.az xəbər verir ki, keçmiş ulduz futbolçu xoşbəxtliyin yalnız uğur və titullardan ibarət olmadığını bildirib.
Pato gənc yaşlarında futbolun hər şey demək olduğunu düşündüyünü, lakin zamanla baxış bucağının dəyişdiyini vurğulayıb:
"Yaşlaşdıqca səni nəyin xoşbəxt etdiyini anlayırsan. Evdən ayrılarkən futbolun istədiyim hər şeyə sahib olduğunu zənn edirdim. İtaliya, İngiltərə, İspaniya və Çinə getdim. Əzab çəkdim, ağladım, ağrıdan fəryad etdim. Həmişə tənha idim."
Karyerası ərzində "Milan", "Çelsi" və "Vilyarreal" kimi klubların formasını geyinən, lakin zədələr səbəbindən gözlənilən zirvəyə tam çata bilməyən Pato daxili hüzurunu tapdığını deyib:
"Bəlkə dünyanın ən yaxşı oyunçusu ola bilmədim. Amma dostum, sənə bir şey deyim: Ailəmlə əla münasibətim var. Özümlə barışığam. Sevdiyim bir həyat yoldaşım var. Mənim baxış bucağımdan, bir çox "Qızıl Top"um var. Həyat bir oyundursa, mən qazandım."


