Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" öz meydanında "Arminiya"nı (Bilefeld) qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Emreli matçın 65-ci dəqiqəsində meydana daxil olub.
"Kayzerslautern" aktivindəki 49 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


