Françesko Banyaya Fransa Qran-prisinin seçmə mərhələsinin son anlarında Mark Markesi qabaqlayaraq "pole position" qazanıb.

Offsideplus.az xəbər verir ki, "Dukati"nin zavod komandasının pilotu Q2 mərhələsində 1:29.634 nəticə göstərərək komanda yoldaşını geridə qoyub. İspaniya Qran-prisindəki uğursuzluqdan sonra bu nəticə komanda üçün böyük motivasiya olub.

Banyaya qələbədən sonra ehtiyatlı danışıb:

"Sakit qalmalı və işimizə davam etməliyik. Motosikletin sazlanmasında mənə kömək edən bəzi detallar tapdıq".

Qeyd edək ki, cümə günü birbaşa Q2-yə keçə bilməyən Markes üçün start cərgəsinin ön sıralarına gedən yol kifayət qədər çətin olub.