Sabah Millətlər Liqasında Azərbaycan səfərdə Estoniya ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında millimizin üzvü Abbas Hüseynov çıxış edib. 

Müdafiəçi qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib:

"Ağır zədə keçirmişəm. Çalışıram optimal formama yaxın olum. Yaxşı hazırlaşmışıq. Komandada ruh var. Çalışacağıq yaxşı nəticə qazanaq. Əlimizdən gələni edəcəyik. İnanıram ki, 3 xalla vətənə dönəcəyik.