Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oktyabrın 7-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

1. Mehdi Cənnətov (Sumqayıt) 

2. Rza Cəfərov (Neftçi) 

3. Aydın Bayramov (Zirə) 

4. Bəhlul Mustafazadə (Qarabağ) 

5. Abbas Hüseynov (Qarabağ) 

6. Qismət Aliyev (Zirə)

7. Rahil Məmmədov (Radomiak Radom, Polşa) 

8. Zamiq Əliyev (“Eqnatia”, Albaniya) 

9. Bədavi Hüseynov (Qarabağ) 

10. Anton Krivotsyuk (Daejeon Hana Siti, Cənubi Koreya) 

11. Şəhriyar Əliyev (Turan Tovuz) 

12. Elvin Cəfərquliyev (Qarabağ) 

13. Coşqun Diniyev (Bandırmaspor, Türkiyə) 

14. Elvin Camalov (Sabah) 

15. Aleksey İsayev (Qarabağ) 

16. Xəyal Nəcəfov (Turan Tovuz) 

17. Ceyhun Nuriyev (Zirə)

18. Emin Mahmudov (Neftçi) 

19. Toral Bayramov (Qarabağ) 

20. Ozan Can Kökçü (HJK, Finlandiya) 

21. Rüstəm Əhmədzadə (Zirə) 

22. Ramil Şeydayev (Neftçi) 

23. Mahir Emreli (Nürnberq, Almaniya) 

24. Renat Dadaşov (Ankaragücü, Türkiyə) 

Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq