Albaniya çempionatında 7-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, “Egnatia” ən yaxın izləyicisi “Partizani”ni qəbul edib.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı futbolçu Zamiq Əliyev qarşılaşmanın iştirakçısı olub. Müdafiəçi 90 dəqiqəni əvəzlənmədən keçirib. Oyunçu görüşün 56-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Zamiq Əliyev bu mövsüm Albaniya çempionatında 6 oyun keçirib. O, bütün oyunlarda əsas heyətdə meydana çıxıb.