Ukrayna çempionatının 7-ci turunda "Polessye" LNZ ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Emil Mustafayev qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olub. Millimizin üzvü 83-cü dəqiqədə cərimə zərbəsindən dirəyi nişan alıb. 88-də isə komandasının vurduğu qolda məhsuldar ötürmə sahibi olub.

Qeyd edək ki, "Polessye" 6 turdan sonra 14 xalla 3-cü pillədə qərarlaşıb.