Hazırda azad agent olan Yusuf Yazıcıya 2 yeni komanda "elçi" düşüb.

Offsideplus.az xəbər verir ki, "Latsio" türkiyəli ilə yarımmüdafiə xəttini gücləndirmək istəyir. 

Yusuf Yazıcı ilə həm də "Olimpiakos" maraqlanır.

Adı "Nitsa", "Betis", "Lion" və "Əl-Ərəbi" kimi komandalarla hallanan 27 yaşlı futbolçu qısa zamanda qərarını verəcək.