I Liqa təmsilçisi "Qəbələ"nin kapitanı Asim Məmmədov futbol sahəsindəki bacarıqlarını daha da genişləndirmək məqsədilə məşqçilik kursuna qatılıb.
Peşəkar futbolçu olmaqla yanaşı, o, gələcəkdə məşqçi kimi də fəaliyyət göstərmək üçün ciddi addımlar atır.
Görəsən, Məmmədovun gələcək planları nədir? Kurslarda iştirak edənlər mütləq şəkildə təcrübə keçməlidirlər. Asif bunu harada edəcək? "Qəbələ"nin kapitanı Offsideplus.az-a açıqlamasında bütün sualları belə cavabladı:
"Bəli, hazırda B kateqoriya məşqçilik kursunda iştirak edirəm. Məqsədim bu sahədə özümü inkişaf etdirib daha da irəli getməkdir. "Qəbələ"nin 14 yaşlılarının baş məşqçisiyəm. Kurs çərçivəsində tələb olunan təcrübəni də bu vəzifəmi icra edərkən qazanmağı planlaşdırıram. Kursun gedişatı ilə bağlı hər şey qaydasındadır. Hələ yenicə başlamışıq və proses 3 ay davam edəcək. Kursun sonunda yekun qərar veriləcək. Bu, mənim üçün yeni imkanlar yaradacaq və gələcəkdə peşəkar məşqçi kimi fəaliyyətimi daha da genişləndirmək üçün önəmli bir addım olacaq."