Pepe karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, millimizin baş məşqçisi Fernando Santuş bununla bağlı açıqlama verib. 69 yaşlı mütəxəssis "RTP" nəşrinə bunları söyləyib:
“Pepe bizim tarixi nailiyyətlərimizdə inanılmaz idi. O, müdafiəmizin əsl sütunu idi. Həmişə Portuqaliya millisinin formasını geyinməyə, daim qalib gəlmək üçün mübarizə aparmağa hazır idi. Pepe məşqçilik etməkdən həzz aldığım ən böyük futbolçulardan biridir. O, həmişə əsl döyüşçü, qətiyyət və tam fədakarlıq nümunəsi olub. Dünya futbolu böyük oyunçunu itirir, Onun tarixi və nailiyyətləri əbədi olaraq qalacaq”.