Azərbaycan millisinin daha bir üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, söhbət Renat Dadaşovdan gedir. Məlumatı "Sports Digitale" nəşri yayıb. İddiaya görə, millimizin hücumçusu "Ankaragücü" ilə anlaşıb. Forvard bu gün Türkiyənin paytaxtında olacaq.
İsveçrə təmsilçisi "Qrasshopper" Renatla yolları ayırıb. Klub hücumçunun xidmətində maraqlı deyil. Bu səbəbdən də Renat I Liqa təmsilçisi ilə müqavilə imzalamağa razılıq verib.
Qeyd edək ki, millimizin üzvü "Ankaragücü" ilə 2 illik müqavilə imzalayacaq.