Ukrayna millisinin Millətlər Liqası çərçivəsində ev oyunlarını keçirəcəyi ölkələr müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi qərar qəbul edib.

Qeyd olunub ki, sentyabrın 7-də ukraynalı futbolçular Praqada (Çexiya) Albaniya ilə qarşılaşacaqlar. Oktyabrın oktyabrın 11-i və 14-də isə Polşada müvafiq olaraq Gürcüstan və Çexiya millilərini qəbul edəcək.

Xatırladaq ki, komanda təhlükəsizlik səbəbindən oyunlarını Ukraynada keçirə bilmir.