"Transfermarkt" maraqlı statistika hazırlayıb.
Offsideplus.az xəbər verir ki, platforma Türkiyə I Liqasında çıxış edən ən dəyərli oyunçuların siyahısını dərc edib.
"Kocaelispor"un üzvü Ramil Şeydayev siyahıya başçılıq edir. Millimizin üzvünün qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.
"Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir. “Boluspor”un hücumçusu Vüsal İsgəndərli və “Manisa”nın müdafiəçi Sərtan Taşkının dəyəri isə 250 min avrodur (təxminən 455 min manat).