UEFA Millətlər Liqasında üçüncü yer uğrunda görüşdə Fransa yığması Almaniya milli komandası ilə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, fransızlar rəqibini məğlubiyyətə uğradaraq bürünc medala yiyələniblər. Matçın ən yaxşısı bir qol, bir assistə imza atan Kilian Mbappe seçilib.

Qeyd edək ki, final matçı saat 23:00-da Portuqaliya və İspaniya yığmaları arasında baş tutacaq.

Almaniya - Fransa 0:2