Portuqaliya milli komandası UEFA Millətlər Liqasının finalına yüksəlib.
Offsideplus.az xəbər verir ki, Kriştiano Ronaldunun kapitanı olduğu kollektiv yarımfinalda Almaniyanı məğlub edib - 2:1.
Bu, portuqalların Almaniya yığması üzərində son 25 ildə ilk qələbəsi olub.
Özü də Yulian Naqelsmanın yetirmələri doğma azarkeşlər önündə - Münhenin "Allianz Arena" stadionunda uduzublar.
Portuqaliya komandasının finaldakı rəqibi bu gün keçiriləcək Fransa - İspaniya matçında müəyyənləşəcək.
UEFA Millətlər Liqası, yarımfinal
Almaniya- Portuqaliya 1:2
Florian Virtz, 48 - Françisko Konseysao, 63; Kriştiano Ronaldu, 68