Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibi Fransa yığmasının UEFA Millətlər Liqasının yarımfinal oyunu üçün heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Didye Deşam heyətə 25 futbolçu dəvət edib.
Fransızlar Millətlər Liqasının yarımfinalında iyunun 5-də İspaniya yığması ilə qarşılaşacaqlar. Digər yarımfinal cütündə Almaniya Portuqaliyanı sınağa çəkəcək.
Millətlər Liqasının "Dördlər finalı" Almaniyanın Ştutqart şəhərində təşkil ediləcək.
Qapıçılar: Lyuka Şevalye ("Lill"), Mak Menyan ("Milan", İtaliya), Bris Samba ("Lans")
Müdafiəçilər: Luak Bade ("Sevilya", İspaniya), Lyuka Din ("Aston Villa", İngiltərə), Malo Qyusto ("Çelsi", İngiltərə), Lukas Hernandes (PSJ), Teo Hernandes ("Milan", İtaliya), Pyer Kalyulyu ("Yuventus"), İbrahima Konate ("Liverpul", İngiltərə"), Klemen Lenqle ("Atletiko" Madrid, İspaniya), Benjamen Pavar ("İnter", İtaliya)
Yarımmüdafiəçilər: Matteo Qenduzi ("Latsio", İtaliya), Manu Kone ("Roma", İtaliya), Adrien Rabio ("Marsel"), Orelyen Tçuameni ("Real" Madrid, İspaniya), Uorren Zair-Emeri (PSJ)
Hücumçular: Bredli Barkola, Usman Dembele, Dezire Due, Randal Kolo-Muani (hamısı PSJ), Rayan Şerki ("Lion"), Kilian Mbappe ("Real" Madrid, İspaniya), Maykl Olise ("Bavariya", Almaniya), Markus Türam ("İnter", İtaliya)



