Millətlər Liqasının A divizionunun 2-ci qrupunun 6-cı turu çərçivəsində İtaliyanın Fransaya məğlubiyyəti tarixin təkrar olunmasına səbəb olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Opta" informasiya yayıb.
Məlumata görə, 1:3 hesabı ilə məğlub olan Appenin təmsilçisi 41 il əvvəl baş vermiş aqibəti yenidən yaşayıb. Belə ki, "Skuadra Adzurra" 41 il sonra ilk dəfə evdə keçirdiyi rəsmi matçda 2 və ya daha çox top fərqi ilə məğlub olub.