Məşhur türk qəssab Nüsrətin restoranlarına gedənlər arasında Pol Poqba, Robert Levandosvki, Devid Bekhem, Kərim Benzema, Leo Messi kimi ulduzlar var. Bəs bu futbolçular yemək yemək üçün nə qədər ödəyirlər?
Offsideplus.az "AFP"yə istinadən xəbər verir ki, Dubaydakı ən bahalı yemək olan qızıl örtüklü biftekin qiyməti 530 dollardır.
Qeyd edək ki, 2019-cu ildə fransalı futbolçu Frank Riberi Dubayda tətildə olarkən, 1300 dollarlıq qızıl örtüklü biftek sifariş etmiş, bu isə qalmaqala səbəb olmuşdu. Belə ki, eyni sifarişi verən başqa adamlar təxminən 330 dollar ödədiklərini açıqlamışdı.