"Barselona" Pedri ilə müqaviləni yeniləyib. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə 2030-cu ilin iyun ayına qədər sözləşmə imzalanıb. Yeni müqaviləyə görə, futbolçunu almaq istəyən klub 1 milyard avro ödəməlidir. 

Qeyd edək ki, Pedri bu mövsüm "Barselona"nın heyətində 32 oyuna çıxaraq 4 qol vurub və 4 qolun ötürməsini edib.