"Real Madrid" klubu yay transfer pəncərəsində müdafiəsinin mərkəzini gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun "short list"ində 3 futbolçunun adını var. Bu oyunçular Cerrad Brentveyt, İbrahima Konate və Din Hyusendir. 

Bu barədə məlumatı "Mail Sport" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Madrid təmsilçisinin heyətində mərkəz müdafiəçilərindən Eder Militao zədəlidir. Cari mövsüm fərqli zamanlarda David Alaba, Antonio Rüdiger də sıradan çıxmışdı.