"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Ruben Amorimi vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, buna səbəb "qırmızı şeytanlar"ın "qara zolaq"dan çıxa bilməməsidir.
Böyük ümidlərlə kluba gətirilən Amorim 3 ay ərzində vəziyyətdən çıxış yolunu tapa bilmir. Hazırda "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 15-ci pilləsində qərarlaşıb.
Artıq klub rəsmiləri yeni baş məşqçi axtarışlarına çıxıblar. Məlumata görə, namizədlərin siyahısında Zinəddin Zidan və Maurisio Poçettino yer alır.
Dünya çempionu, "Real"ın sabiq çalışdırıcısı Zidanın 2026-cı ilin yayında Fransa milli komandasında işə başlayacağı gözlənilir. Poçettino isə hazırda ABŞ yığmasına rəhbərlik edir.
Zinəddin Zidanın adının "Mançester Yunayted"lə yanaşı çəkilməsi ilk belə hal deyil. Fransız çalışdırıcının "qırmızı şeytanlar"ı çalışdıra biləcəyi xəbəri ötən il də yayılmışdı. Həmin vaxt təcrübəli mütəxəssis ona dil amilinin problem yarada biləcəyini söyləmişdi: "İngiliscəni anlayıram, amma bu dildə danışa bilmirəm"