Sabah Bakıda keçiriləcək MMA üzrə ASED15 turnirinin proqramında dəyişiklik edilib. 
Yarışın təşkilatçısı ASED FIGHTING CHAMPIONSHIP-in rəhbəri Turan Qulamzadənin Offsideplus.az saytına verdiyi məlumata görə, əvvəlcədən nəzərdə tutulduğu kimi, 15 yox, 14 döyüş olacaq.
"Təəssüf ki,, Ayxan Tağıyev və Əli Sərxanlı çəki problemi üzündən oktaqona çıxa bilməyəcək. Əvəzində onların rəqibləri 68 kq çəki dərəcəsində bir-biri ilə qüvvəsini sınayacaq" - deyə T.Qulamzadə açıqlayıb.
Qeyd edək ki, "Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək yarış bu ilin mayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr ediləcək beynəlxalq turnirə seçmə xarakteri daşıyır.
Azarkeşlər bu döyüşləri izləmək imkanı qazanacaqlar: 
1. 60.0 kq: Xanım Bəşirova – Zeynəb Hüseynli 
2. 54.5 kq: Əhmədağa İbrahimov - Əhməd Abbasov 
3. 68.0 kq: Elvin Kamilli - Əlikərim Abdürrəhmanlı 
4. 62.0 kq: Əziz Əzizi - Atamalı Xankişiyev
5. 58.5 kq: Tural Feyzullayev  – Mehrab Məmmədzadə
6. 64.0 kq: Sexavət Rzayev - Hüseyn Əhmedov 
7. 64.0 kq: Tehran Ümidxanov - Vüqar Feyzullayev 
8. 68.0 kq: Yusif Əliyev – Teymur Ələkbərov 
9. 70.0 kq: Arzu Kərimov – Amil Mustafayev 
10. 58.5 kq: Ədalət Zeynalov - Namik Ağabalayev
11. 72.5 kq: Vasif Əhlimanov - Murad Əhmədov 
12. 75.0 kq: Fərhad Əhmedov - Əli Şərifov 
13. 66.3 kq: Qədir Müslünzadə – Şamil Adibayev 
14. 61.7 kq: Həsən Həsənov - Elmir Cəfərov