Bir müddət "Qalatasaray"da da çıxış etmiş Markao komandasından ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, "Sevilya"da yetəri qədər oynamaq şansı əldə etməyən braziliyalı oyunçu başqa kluba keçməyi planlaşdırır. Bu barədə "ABC News" məlumat yayıb.
Təcrübəli müdafiəçi "transfer pəncərəsi" 28 fevrala qədər açıq olan ölkəsində yeni komanda tapmaq üçün axtarışlara başlayıb.
28 yaşlı futbolçu 2024/25 mövsümündə "Sevilya" forması ilə 14 oyuna çıxıb və cəmi 687 dəqiqə meydanda olub.
Qeyd edək ki, Markao 2022/23 mövsümündə 13 milyon avro qarşılığında "Qalatasaray"dan transfer edilmişdi.