Super ağırçəkili peşəkar boksçu Deniel Dyuba gözlənilməz qərar verib.
Offsideplus.az xəbər verir ki, britaniyalı idmançı Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda IBF versiyası üzrə Cozef Parkerlə rinqə çıxmaqdan imtina edib.
Dyubanın komandası boksçunun səhhətindəki problemi əsas gətirərək, belə qərar qəbull edib. Görüş sabah baş tutacaq möhtəşəm boks gecəsinin final döyüşü olmalı idi.
Təşkilatçılar dərhal Dyubaya əvəzləyici tapıblar. Sabah Cozef Parker konqolu Martin Bakole (21 qələbə, 1 məğlubiyyət) ilə döyüşəcək.
Qeyd edək ki, Deniel Dyuba - Cozef Parker qarşılaşmasının qalibinin ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usiklə üz-üzə gələcəyi bildiriliridi.