Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Belarusda təşkil olunan İnkişaf Kubokunda çıxışını başa vurub.

Offsideplus.az xəbər verir ki, İlham Yədullayevin yetirmələri bu gün yarışın 3-cü yeri uğrunda Özbəkistanla qarşılaşıblar.

Hesabı rəqib açsa da, 44-cü dəqiqədə Əhməd Vəliyev tarazlığı bərpa edib. Lakin fasilədən sonra özbəklər daha bir qol vuraraq, yarışda 3-cü pilləni tutublar.