"Nəticədən razı deyiləm. Ona görə də bazar günü Azərbaycana qarşı oyunda vəziyyəti düzəltməliyik".

Offsideplus.az xəbər verir ki, bu sözləri İrlandiyanın kişi basketbolçularından ibarət milli komandasının baş məşqçisi Mark Kinan Dünya çempionatı-2027-nin ilkin təsnifat mərhələsində İsveçrə ilə qarşılaşmadan sonra deyib.

Fevralın 23-də qrupun axırıncı turunda Azərbaycan yığması ilə qüvvəsini sınayacaq irlandlar Bakıya iddialı gəlirlər.

"Basketbolçuları silkələyəcəyəm, biz özümüzə gəlməliyik. Seçmə mərhələni yaxşı əhval-ruhiyyədə başa vurmaq niyyətindəyik. Azərbaycanla oyunda qalib gəlmək istəyirik" - deyə Kinan bildirib.

Qeyd edək ki, İrlandiya səfərdə İsveçrəyə 54:85 hesabı ilə uduzub.Artıq İsveçrə qrup qalibi kimi qrup mərhələsini adlayıb. İlkin təsnifat mərhələsinin ən yaxşı ikinci olmaq şansına həm Kosovo (7 xal), həm İrlandiya (7 xa), həm də Azərbaycan malikdir (6 xal).