UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Anderlext" - "Fənərbağça" matçının birinci hissəsində fasilə yaranıb. 

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" azarkeşlərinə edilən hücumdan sonra futbolçular və hakimlər paltardəyişmə otağına yollanıb. 15 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib. 

Hazırda davam edən görüşdə hesab 1:1-dir.

"Sarı-lacivərtlər"in azarkeşinə hücum anlarını təqdim edirik: