"Vest Hem"in futbolçusu Adama Traoreyə klubun idman zalında ağırlıq qaldırmaq qadağan edilib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Nunu Espirito Santo vingerin onsuz da kifayət qədər iri cüssəli olduğunu bildirib.

30 yaşlı futbolçu qabarıq əzələli bədən quruluşu ilə tanınır. Keçən həftə komanda yoldaşı Krisensio Sammervill sosial mediada Traorenin 145 kq çəki ilə "bench press" (uzanaraq ştanq qaldırma) etdiyini göstərən video paylaşmışdı.

Portuqaliyalı mütəxəssis futbolçusu barədə bunları deyib:

"Onun fizikası inanılmazdır, bu, genetikadır. Lakin onun genetikası artıq bir müddətdir ki, belədir və o, idman zalından uzaq durmalıdır. Ona zalda məşq etməməyi tapşırmışam. Düşünürəm ki, bu, onun anlamalı olduğu şeylərdən biridir. Daşıdığı çəki artıq kifayətdir".