"Heyətin genişliynin daralması, zədələr, cəzalar, statusuna görə protokola daxil edə bilmədiyimiz oyunçular... Bütün bunlar növbəti mərhələyə keçməyimizi əngələdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk deyib.
51 yaşlı çalışdırıcı "AZ Alkmaar"la dünən İstanbulda keçirilən oyunda planlarının həyata keçmədiyini söyləyib: "Məqsədimiz erkən qol vurub, rəqibi çətin vəziyyətə salmaq idi. Təəssüf ki, planımız baş tutmadı, qapımızdan top buraxdıq. İkinci hissədə görüşün taleyini dəyişmək üçün əvəzləmələr etdik. Xüsusilə Davinsonu növbəti matça görə əvəzlədim. "AZ Alkmaar" bizdən daha fəal görünürdü. Çünki onların həftəsonu çempionatdakı oyunu təxirə salınmışdı, biz isə hər 3 gündən bir meydançaya çıxırıq. Qapıçımız Günay önəmli qurtarışlar etdi. Digər hücumçumuz Moratanın zədəli olduğunu nəzərə alıb, finl fitinə 10 qədər qalmış Osimheni əvəzlədim".
Qeyd edək ki, ötən həftə Hollandiya səfərindən məğlubiyyətlə (1:4) qayıdan "Cim Bom" dünən doğma divarlar arasında qələbə qazana bilməyib - 2:2.