UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Ayaks" (Hollandiya) - "Yunion" (Belçika) matçı qalmaqalla yadda qallıb.
Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi Kris Kavana oyunun taleyinə birbaşa təsir göstərən səhvə yol verib. Belə ki, ingiltərəli ədalət təmsilçisi qarşılaşmanın uzatma dəqiqələrində "Ayaks"ın qapısına penalti təyin etməyib.
Görüşün son saniyələrində amsterdamlıların qapıçısı Remko Pasver "Yunion"un futbolçusu Kevin Rodriqesin təkbətək çıxdığını görərək, qapıçı meydançasını tərk edib, amma topa müdaxilə edə bilmədiyindən rəqibin üz nayihəsinə zərbə endirib. Epizod VAR-da yoxlanılsa da, yekun qərar baş hakimin öhdəliyinə buraxılıb. K.Kavana isə "Ayaks"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etməyib.
Yekunda 1:2 hesabı ilə uduzan "Ayaks" lk görüşdəki qələbə sayəsində (2:0) 1/8 finala yüksəlib.
Ümumiyyətlə, oyunda hakimlərin işi asn olmayıb. Qarşılaşmada 2 penalti təyin olunub, 1 qırmızı vərəqə göstərilib, 1 qol isə VAR-ın qərarı ilə qeydə alınmayıb.