Vinisius Junior "Real Madrid"dən ayrılmağa yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, braziliyalı ulduz maaş məsələsində klub rəhbərliyi ilə razılığa gələ bilmir.

Məlumata görə, futbolçu yeni müqavilə üçün Kilian Mbappe ilə eyni məbləğdə maaş almaq istəyir. Bu isə klubla danışıqları çətinləşdirib və Vinisiusun ayrılma ehtimalını artırıb.

25 yaşlı futbolçunun baş məşqçi Xabi Alonso ilə münasibətlərinin də gərgin olduğu bildirilir. Bu hal son zamanlar Səudiyyə Ərəbistanından gələn sərfəli təkliflərlə də əlaqələndirilir.