“Real Madrid” 2025/26 mövsümü üçün tarixinin rekord büdcəsini – 1,248 milyard avro səviyyəsində açıqlamağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, bu, ötən ilə nisbətən %5,4 artım deməkdir. Klubun bu maliyyə sıçrayışının əsas səbəbi isə yenilənmiş "Santiaqo Bernabeu" stadionudur.

Yalnız stadion gəlirləri 402,5 milyon avro (+%23) təşkil edəcək. Bu artım əsasən VIP yerlər və stadion turlarından əldə edilən gəlirin 31% yüksəlməsi ilə bağlıdır. Klub, həmçinin, akademiya (“La Fabrika”) oyunçularının satışından əlavə 60 milyon avro bonus gözləyir.

Gəlirlərin 97%-i yenə kişilərdən ibarət futbol komandası tərəfindən təmin olunacaq.

°Qadın komandası: 12,4 milyon avro

°Basketbol bölməsi: 23 milyon avro gəlir əldə edəcək.

Xərclər də rekord səviyyədə artır:

Oyunçu maaşları və amortizasiya xərclərinin ümumi məbləği %15 artaraq 623,5 milyon avroya çatacaq. Bunun 468 milyon avrosu futbolçuların maaşlarına aiddir. Basketbol bölməsinin xərcləri isə %28 artaraq 38 milyon avro zərər göstərəcək.

Müqavilə amortizasiyası da %34 artımla 155,6 milyon avro səviyyəsinə yüksələcək.

Artıq "Santiaqo Bernabeu" sadəcə bir stadion deyil, Florentino Perezin “Real Madrid imperiyası”nın əsas maliyyə mühərrikinə çevrilib.