"Barselona" klubu Rafinya ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, La Liqa klubu "sambaçı" ilə sözləşməni 2028-ci ilədək yeniləyib.
28 yaşlı hücumçu 2022-ci ildən "Barselona"nın formasını geyinir. O, bu komandanın heyətində 2024-25 mövsümündə 34 qol və 25 assistə imza atıb.
Klub yaxın zamanlarda Lamin Yamal, Erik Qarsiya və İniqo Martineslə də müqavilələri yeniləyəcək.