Dünya futbolunun ulduzu Lamin Yamal peşəkar karyerasında 100-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçunun bu göstəriciyə çatması üçün heç 2 il lazım gəlməyib.
L.Yamal "Barslona"nın heyətində 83, İspaniya yığmasında isı 17 matça çıxıb. Onun hesabında ümumilikdə 21 qol və 28 assist var.
Qeyd edək ki, artıq Avropa çempionu titulunu daşıyan futbolçu "Barselona"da 2023-cü ilin aprelində debüt edib.