"Atletiko Madrid"in 26 yaşlı hücumçusu Xulian Alvarez "Arsenal"a keçid variantını geri çevirib.

Offsideplus.az xəbər verir ki, Madrid klubunun "Arsenal" ilə danışıqlara açıq olduğunu bildirməsinə və Mikel Artetanın şəxsi təmaslarına baxmayaraq, argentinalı futbolçu yalnız "Barselona"ya transfer olunmaq niyyətindədir.

Madrid təmsilçisi əsas ulduzunu La Liqadakı birbaşa rəqibi olan "Barselona"ya satmaqda maraqlı deyil və danışıqları daha çox İngiltərə klubları ilə aparmaq istəyir.

"Barselona" futbolçunun bir nömrəli seçimi olsa da, Kataloniya klubunun mövcud maliyyə şərtləri və "Atletiko"nun yüksək transfer tələbi bu keçidin reallaşmasını çətinləşdirir.