"Real Madrid"in ulduz futbolçusu barədə qərar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, ​klubun yeni baş məşqçisi Joze Mourinyo komandanın ulduz yarımmüdafiəçisi Fede Valverdenin gələcəyi ilə bağlı yaranan söz-söhbətlərə son qoyub.

Keçən mövsümün sonunda paltardəyişmə otağında Aurelien Tçuameni ilə yaşanan insidentdən sonra uruqvaylı futbolçunun klubdan göndəriləcəyi iddia edilsə də, portuqaliyalı mütəxəssis rəhbərliyə qəti rəyini bildirib.  

​Mourinyo həm Valverdenin, həm de Tçuameninin komandanın gələcək planları üçün toxunulmaz olduğunu vurğulayıb.

"Real Madrid" rəhbərliyi gələn heç bir transfer təklifini dəyərləndirməyib və hər iki futbolçunun komandada qalacağı dəqiqləşib.  

​Təcrübəli baş məşqçi media tərəfindən hədəf göstərilən ulduz oyunçulara tam dəstək nümayiş etdirərək klub daxilindəki gərginliyi və intizamsızlığı tamamilə aradan qaldırmağı hədəfləyir.