İspaniyanın Kaseres şəhərində 3x3 basketbol üzrə Qadın Dünya Seriyasının 13-cü mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Neftçi SOCAR" (Erika Karter, Aoi Katsura, Aleksandra Mollenhauer və Nevena Vuçkoviç) yarımfinala qədər irəliləsə də, bu mərhələdə mübarizəni dayandırıb.

1/4 finalda İspaniya millisinə 16:15 hesabı ilə qalib gələn komandamız, yarımfinalda Latviya seçməsinə məğlub olub - 13:16. Bakı təmsilçisi qrup mərhələsində isə İspaniyanın "Madrid" klubuna uduzmuş (11:17), Xorvatiya millisini isə üstələmişdi (21:12).

Qeyd edək ki, daha əvvəl Orlean və Marsel mərhələlərinin qalibi olan "Neftçi SOCAR" ümumi hesabda 352 xalla 2-ci yerdə qərarlaşıb. Yalnız iki mərhələdə oynayan Azərbaycan millisi isə 18 xalla 54-cü sıradadır.