"Real Madrid" La Liqanın 24-cü turunda "Real Sosyedad"ı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu" qollarının ikisini penaltidən vurub.
Beləliklə, onlar La Liqada yeni rekord müəyyənləşdirib.
İlk 24 turda 13 dəfə penaltidən fərqləniblər.
Əvvəlki rekord "Barselona"da idi.
Katalon klubu 1950/51 və 2015/16 mövsümlərində 24 tura 12 dəfə penalti zərbəsi yerinə yetirmişdi.



