"Başakşəhər" Konfrans Liqasının Liqa mərhələsinin son turunda səfərdə "Serkl Brügge" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, oyun "1-1" hesablı bərabərliklə başa çatıb.
Görüşdə hesabı 74-cü dəqiqədə Piatek açıb. Lakin Türkiyə təmsilçisinin üstünlüyü çox çəkməyib. 82-ci dəqiqədə meydan sahiblərinin heyətində Paris Brunner matça tarazlıq gətirib. Qarşılaşma bu hesabla başa çatıb.
Beləliklə "Başakşəhər" Konfrans Liqasının Liqa mərhələsini 7 xalla 26-cı pillədə başa vurub. Komanda turnir ilə vidalaşıb.