"AFFA-nın prezidenti Rövşən Nəcəf Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Zirə”ni təbrik edib.

Offsideplus.az xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib:

“Zirə” futbol klubunu tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edir, təmsilçimizə qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm. Əzmkar mübarizəyə baxmayaraq, turnirlə vidalaşan “Sabah” klubuna isə gələcək oyunlarda uğurlar arzu edirəm”.