Sabah Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Sabah" "Sent-Patriks"lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Pavel Şafranko da iştirak etdi. 

Offsideplus.az xəbər verir ki, forvard görüş barədə bunları söylədi:

"Atmosfer çox yaxşıdır. Məşqlərimiz yaxşı keçir. Bu oyuna qədər istirahət üçün vaxtımız oldu. Bir-birimizə inanırıq. Pozitiv enerji ilə azarkeşlərimizlə birlikdə komanda üçün ən yaxşısını etmək istəyirik. Əsas hədəf hər oyundan qalib kimi ayrılmaq və avrokuboklarda qruplara qalmaqdır. Bu, bizim üçün fantastik olar. Çempionatda hədəfimiz “Qarabağ”a qarşı başa-baş mübarizə aparmaqdır. Düşünürəm ki, hər komandaya qalib gələ bilərik".