UEFA Konfrans Liqası finalında ilk hissə bitən kimi "Fiorentina" azarkeşləri olan tribunada gərginlik baş verib.

Offsideplus.az xəbər verir ki, tribunaya polislər cəlb olunub və futbolçular dərhal tərəfdarların yanına qaçaraq onları sakitləşdirməyə çalışıb. İlkin ehtimala görə, həmin sektora "Olimpiakos" azarkeşi daxil olub. 

Hazırda ikinci hissəsi oynanılan "Olimpiakos" - "Fiorentina" finalında hesab açılmayıb.

Videonu təqdim edirik: