Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"lə qarşılaşacaq "Rapid" futbolçusu Lukas Zultsbaxerlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ölkənin digər təmsilçisi "Tirol"a keçib.

Qeyd edək ki, "Neftçi" ilə "Rapid" arasında ilk görüş avqustun 4-ü Bakıda, cavab oyunu isə bir həftə sonra Vyanada keçiriləcək.